2024-cü il, çox güman ki, tarixin ən isti ili olacaq. Bu məlumatlar Avropa Uzaqdan Zondlama və Xəritəçəkmə Xidməti “Copernicus” tərəfindən verilib. “Copernicus” proqnozlaşdırır ki, orta qlobal temperatur ilk dəfə olaraq postsənaye səviyyəsini 1,5 dərəcə ötəcək.
Bundan əlavə, 2024-cü ilin oktyabr ayının 2023-cü ilin eyni dövründən sonra dünyada ikinci ən isti olduğu qeyd edilir. Orta qiymət 15,25 dərəcə olub.
Ötən il qlobal orta temperatur postsənaye səviyyəsindən 1,48 dərəcə yüksək olub.
S.ELAY
XQ