Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Peter Mixalko “X” sosial şəbəkəsindəki hesabında COP29 iqlim konfransının keçiriləcəyi Bakı Olimpiya Stadionunda olması ilə bağlı paylaşım edib.
Paylaşımda iqlim konfransının başlanmasına 10 gün qaldığı, COP29-un iqlim dəyişikliyi ilə mübarizəyə həsr ediləcək ən böyük qlobal platforma olacağı qeyd edilib.