COP29-un baş danışıqçısı Yalçın Rəfiyev qarşıdan gələn COP29-da özəl sektorun imkanlarını müzakirə etmək üçün Vaşinqtonda işgüzar dairələrin nümayəndələri ilə görüşüb.
COP29-un “X” sosial şəbəkəsindəki rəsmi səhifəsində iqlim konfransının baş danışıqçısı Yalçın Rəfiyevin qarşıdan gələn bu nüfuzlu toplantıda özəl sektorun imkanlarını müzakirə etmək üçün Vaşinqtonda işgüzar dairələrin nümayəndələri ilə görüşdüyü vurğulanıb.
“ABŞ Ticarət Palatası tərəfindən təşkil olunmuş “dəyirmi masa” iqlim maliyyəsinin artırılmasında özəl sektorun roluna və COP29 gündəliyinin həyata keçirilməsində işgüzar dairələrin fəal iştirakına həsr olunub”, – məlumatda bildirilib.