“Təmiz” binaların “yol xəritə”si

post-img

Beynəlxalq Maliyyə Korporasiyasının dayanıqlı maliyyə mütəxəssisi Leyla Hüseynli Bakıda keçirilən “Dayanıqlı mikromaliyyə üçün innovativ həllər” konfransında təmsil etdiyi qurumun maliyyə portfelinin 43 milyard dollar təşkil etdiyini və həmin məbləğin 29 milyard dollarının “yaşıl” maliyyəyə, dayanıqlı inkişaf və iqlim ilə bağlı layihələrə yönəldildiyini bildirib.

L.Hüseynlinin sözlərinə görə, korporasiya ilə Dövlət Arxitektura və Şəhərsalma Komitəsi arasında bağlanılan memorandum əsasında “yaşıl” tikinti sektoru üçün yeni tənzimləmə və dəstək mexanizminin (“yol xəritəsi”) hazırlanması başa çatacaq və COP29-dan əvvəl təqdim ediləcək.

Ekologiya