AİB-in iqlim savaşına maliyyə dəstəyi çağırışı

post-img

COP29-un müəyyən edilmiş prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Asiya İnkişaf Bankının rəhbəri Masasuqu Asakava ilə Vaşinqtonda iqlimin maliyyələşdirilməsinin innovativ üsullarını müzakirə edib.

Bu barədə AİB rəhbəri “X” sosial şəbəkəsindəki paylaşımında bildirib: “İqlimin maliyyələşdirilmə həcminin artırılması qlobal istiləşmənin səbəb olduğu artan iqtisadi problemlərin həllinin yeganə yoludur və çoxtərəfli inkişaf bankları bu məsələni diqqətdə saxlamalıdır”.

Paylaşımda daha sonra Vaşinqtonda COP29-un prezidenti Muxtar Babayevlə AİB-nin töhfələri, o cümlədən 100 milyard dollarlıq iqlim maliyyəsi təşəbbüsü, innovativ maliyyələşdirmə üsulları və artan kredit imkanlarının müzakirə edildiyi vurğulanıb.

Ekologiya