İqlim konfransının gündəliyi açıqlanıb

post-img

Heydər Əliyev Mərkəzində media nümayəndələri üçün keçirilən “ESG Hesabatlarının Tərifi və Təhlili” mövzusunda keçirilən seminarda COP29 Əməliyyat Şirkətinin koordinasiya Şurasının üzvü Ayan Nəcəf noyabrın 11-i COP29-un açılış gününün, noyabrın 12-13-də isə İqlim Fəaliyyəti üzrə Dünya Liderlərinin Sammitinin keçiriləcəyini bildirib.

Onun sözlərinə görə, noyabrın 14-də Maliyyə, İnvestisiya və Ticarət Günü, noyabrın 15-də Enerji–Sülh, Yardım və Bərpa Günü, noyabrın 16-da Elm, Texnologiya və İnnovasiya–Rəqəmsallaşma Günü reallaşacaq. Noyabrın 17-də COP29-da heç bir tematik proqram nəzərdə tutulmayıb və istirahət günü olacaq.

Noyabrın 18-də İnsan kapitalı, Uşaqlar və Gənclər, Sağlamlıq, Təhsil Günü, 19-da Qida, Kənd təsərrüfatı və Su Günü, 20-də Urbanizasiya, Nəqliyyat, Turizm Günü, 21-də Təbiət və Biomüxtəliflik, Yerli xalqlar, Gender Bərabərliyi, Okeanlar və Sahil Zonaları Günü keçiriləcək. Noyabrın 22-də isə yekun müzakirələr aparılacaq.

İqlim konfransı çərçivəsində COP29 Miras parkı da salınacaq. 10 hektar ərazidə 10 min ədəd Pavloniya ağacı əkiləcək.

Ekologiya