Almaniyanın Xarici İşlər Nazirliyinin beynəlxalq iqlim siyasəti üzrə xüsusi nümayəndəsi, dövlət katibi Cennifer Morqan Lüksemburqda jurnalistlərə açıqlamasında Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransının (Pre-COP29) məhsuldar olduğunu və dünya ölkələrinin iqlim dəyişikliyi ilə mübarizədə bundan sonra da fəal iştirak edəcəyini, Avropa İttifaqının COP29-un uğurla keçirilməsinə dəstək verəcəyini bildirib.
Almaniya XİN dövlət katibinin sözlərinə görə, Lüksemburqda Avropa İttifaqı ölkələrinin iqlim nazirlərinin görüşünün əsas məqsədi Bakıda keçiriləcək COP29-a hazırlığın müzakirəsidir: “Biz əmin olmalıyıq ki, ötən il enerji keçidi ilə bağlı əldə edilmiş razılaşmaların həyata keçirilməsi planını tətbiq edirik və o, ölkələr tərəfindən yerinə yetirilir”.