Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Yaşıl dünya naminə həmrəylik ili” və “Ümumdünya standartlar günü”nə həsr olunan “Dayanıqlı yaşıl gələcək üçün standartlar” mövzusunda II Beynəlxalq elmi-praktik simpozium keçirilib.
Simpoziumda dünyada gedən iqlim dəyişikliyi və “yaşıl” enerjiyə keçid fonunda Prezident İlham Əliyevin ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin və COP29 kimi mötəbər tədbir ərəfəsində universitetdə belə bir beynəlxalq elmi simpoziumun keçirilməsinin önəmindən danışılıb, Azərbaycanda gənclərin dayanıqlı “yaşıl” gələcək üçün maarifləndirilməsi, eləcə də yeni standartların tətbiqində gənclərin fəal iştirak etmələri barədə danışılıb.
Konfransa onlayn qoşulan Türk Standartları İnstitutunun Azərbaycan nümayəndəliyinin rəhbəri Gülhan Arzu Yüzereroğlu, Qazaxıstan Satbayev Universitetinin dekanı Darxan Erejep beynəlxalq simpoziumun müasir çağırışlara uyğun, o cümlədən cəmiyyət üçün vacib olan mövzunu əhatə etdiyini diqqətə çatdırıblar.