Ekoloji savaşda ölkəmiz ön sırada yer alıb

post-img

Hazırda dünyada əhalinin 10 faizi aclıq vəziyyətində yaşayır. Bu rəqəm gündən-günə artmaqda davam edir. Qlobal temperaturun 4 dərəcə artacağı təqdirdə isə, təqribən, 2 milyarda yaxın insanın aclıq vəziyyətinə düşəcəyi proqnozlaşdırılır. İqlim dəyişikliyi daşqınlara, quraqlıqlara səbəb olur. Həmçinin kənd təsərrüfatında məhsuldarlığı azaldır, icmaların həssaslığını artırır. Çünki onlar sudan və qidadan asılıdır.

Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən konfransda çıxış edən Beynəlxalq Kənd Təsərrüfatı Tədqiqatları Məsləhətçi Qrupunun icraçı direktoru İsmahane Elouafi yuxarıdakı fikrinə əlavə edərək su çatışmazlığının 2050-ci ilə qədər daha da kəskinləşəcəyini bildirib: “Bu, şübhəsiz ki, kənd təsərrüfatına təsir edəcək, çünki həmin sahə suvarmadan asılıdır. İqlim dəyişikliyi qlobal su dövriyyəsinin dəyişməsinə səbəb olub. Odur ki, kənd təsərrüfatında suyun istifadəsi ədalətli şəkildə olmalıdır”.

İcraçı direktor əlavə edib ki, Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə ən yaxşı ölkələr sırasındadır. Azərbaycan , eləcə də COP29 sədrliyini qida, su və torpaq sistemlərinə yeni yanaşmaların ortaya qoyulmasında böyük səylər göstərir.

Ekologiya