BMT: Azərbaycan enerji keçidinin ön cərgəsindədir

post-img

BMT-nin İnkişaf Proqramının ölkəmizdəki rezident-nümayəndəsi Alessandra Rokkasalvo Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən beynəlxalq konfransda Azərbaycanın qalıq yanacağın istehsalçısı olaraq enerji keçidinin tələbləri ilə bağlı böyük məsuliyyət daşıdığını bildirib. Onun sözlərinə görə, Azərbaycan enerji keçidinin ön cərgəsindədir.

Alessandra Rokkasalvo, həmçinin deyib ki, BMT İnkişaf Proqramı Azərbaycanda iqlim dəyişikliyi, iqlim keçidi və ona bağlı məsələlər üzrə ən böyük agentlikdir. İlk Bakı İqlim Fəaliyyəti Həftəsinin keçirilməsi münasibətilə COP29 sədrliyinə təbriklərini çatdıran rezident-nümayəndə bunun məcburi deyil, könüllü bir tədbir olduğunu və yüksək qiymətləndiriləcəyinə əminliyini bildirib.

Ekologiya