Şəhərsalma və ekoloji çağırışlar

post-img

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən konfransda cəmiyyətin çətin bir dövrdə yaşadığını, urbanizasiyanın gücləndiyini və iqlim dəyişikliyinin qarşısının fərqli həllərlə alınmasının zəruriliyini bildirib.

Şəhərlərin gələcəkdə də dayanıqlı çəkildə dizayn edilməsinin önəmini vurğulayan komitə sədri hazırda emissiyaların 70 faizinin meqapolislərdə yarandığını söyləyib. A.Quliyev daha sonra deyib: “İqlim dəyişikliyinə dayanıqlı olan şəhərsalma Azərbaycanda əsas prioritet sahələrdən biridir. Bakının 2040-cı ilə qədər bir dövrü əhatə edən Baş Planı Azərbaycan üçün bir nümunə kimi qəbul oluna bilər”.

Komitə sədrinin sözlərinə görə, dayanıqlı urbanizasiya ilə bağlı təkliflər artıq irəli sürülüb. Burada çoxlu multisektor yanaşmalar əks olunub, müxtəlif sektorlar arasında əməkdaşlıq əsas götürülüb. Eyni zamanda, Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ətraf mühit və rəqəmsallaşma ilə bağlı yeni standartlar qəbul olunub. Bakıda “yaşıl” bina təşəbbüsünün gerçəkləşdirilməsinə başlanılıb. Bir sıra tikinti şirkətlərində artıq bununla bağlı öhdəlik götürülüb.

Ekologiya