“Silk Way West Airlines” şirkəti də COP29-un tərəfdaşı olacaq

post-img

Azərbaycanın “Silk Way West Airlines” aviaşirkəti COP29-un hava nəqliyyatı ilə qlobal yük daşımaları üzrə tərəfdaşı olacaq. Bu isə aviaşirkətin dayanıqlı təcrübə və qlobal iqlim məqsədləri ilə bağlı əzmkarlığını nümayiş etdirir.

COP29 Azərbaycan Əməliyyat Şirkəti­nin Mətbuat xidmətindən verilən məlumat­da bildirilir ki, logistika sahəsində mürək­kəb tapşırıqların həyata keçirilməsi üzrə zəngin təcrübəyə malik və qlobal yük daşı­maları sahəsində Xəzər dənizi və Mərkəzi Asiya regionlarının aparıcı avia yükdaşıma şirkətlərindən biri olan “Silk Way West Airlines” COP29-un avia yükdaşımaları üzrə tərəfdaşı təyin edilib. 

İri qabaritli və mühüm yüklərin hava nəqliyyatı ilə daşınması sahəsində ixtisas­laşan və 500 min tondan artıq illik yük döv­riyyəsinə malik olan bu aviaşirkət Avropa, MDB, Yaxın Şərq, Asiya və Amerika daxil olmaqla 40-dan çox marşrut üzrə komp­leks yükdaşıma xidmətlərini təklif edir. Bu tərəfdaşlıq “Silk Way West Airlines” aviaşirkətinin dayanıqlılıq, səmərəlilik və qlobal əməkdaşlıq kimi əsas dəyərlərini sübuta yetirir və onun ekoloji təsirlərini minimuma endirmək əzmini daha da güc­ləndirir.

Yaradılan bu imkandan istifadə etmək­lə, COP29-un tərəfdaşları qlobal iqlim siyasəti ilə bağlı fəaliyyətlərini genişlən­dirəcək, dayanıqlılıq üzrə səylərini ön pla­na çıxaracaq və öz əsas biznes sahələrində iqlim fəaliyyətinə keçidi dəstəkləyəcəklər. Bakıda keçiriləcək COP29 tədbirinin tərəf­daşı olmaqla bu şirkətlər ekoloji siyasət­lərin təkmilləşdirilməsində və 1,5 dərəcə hədəfi baxımından qlobal icmalara dəstək göstərilməsində mühüm və həlledici rol nümayiş etdirəcəklər.

COP29 Azərbaycan Əməliyyat Şirkəti İdarə Heyətinin sədri və əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova tərəfdaşla­rın elan edilməsi ilə bağlı bunları bildi­rib: “Biz böyük məmnuniyyətlə bildiririk ki, “Silk Way West Airlines” aviaşirkəti Azərbaycanda keçiriləcək COP29 tədbiri­nin avia yükdaşımaları üzrə tərəfdaşı təyin edilib. Bu konfrans qlobal iqlim sazişlə­rinin irəliləməsi, iqlim strategiyalarının reallaşdırılması və “yaşıl” gələcək naminə beynəlxalq əməkdaşlığın artırılması üçün unikal platforma təklif edən transformativ tədbirdir. “Silk Way West Airlines” avia­şirkəti ilə əməkdaşlığımız COP29 çərçivə­sində qarşıya qoyulan məqsədlərə nail ol­maq baxımından mühüm əhəmiyyət kəsb edir və iqlim sahəsində mühüm nailiyyət­lər əldə etmək üçün birgə çalışmaq imkanı qazandırır.

Ekologiya