“Fərqlilik yaradanlar”ın beynəlxalq kampaniyası

post-img

COP29-a hazırlıq çərçivəsində “Fərqlilik yaradanlar” adlı qlobal kampa­niyaya başlanılıb. BMT-nin İqlim dəyişmələri üzrə yüksək səviyyəli çempio­nu Nigar Arpadarainin bununla bağlı məlumatında bildirilir ki, kampaniya iqlim həllərini təşviq etmək, yenilikçi ideyaları olan müxtəlif regionalardan fərdlərin və novatorların həyata keçirdiyi layihələri və fəaliyyətləri işıqlan­dırmaq məqsədi daşıyır. 

N.Arpadarainin söslərinə görə, “Fərq­lilik yaradanlar” kampaniyası çərçivəsində sosial sahibkarların, icma nümayəndələ­rinin və startap ideyaları olan fərdlərin layihələri seçilərək müxtəlif platformalar­da nümayiş etdiriləcək. Bu zaman hər bir fərdin ətraf mühitə müsbət təsir göstərmək fəaliyyətinin zəruriliyi xatırladılmaqla bərabər, onun iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulması da təqdir olunacaq. Kampaniya zamanı seçiləcək layihələr həm onlayn platformalarda, həm də Azər­baycanda keçiriləcək COP29 zamanı “Fərqlilik yaradanlar” sərgisi çərçivəsində təqdim ediləcək. 

“Fərqlilik yaradanlar” nominasiyası üzrə qalib namizədləri beynəlxalq tədqiqat institutları, sosial təşkilatlar və kommu­nikasiya platformalarının nümayəndələ­rindən ibarət olan komitə seçəcək. Na­mizədlərin qiymətləndirilməsi zamanı onların innovativ yanaşmaları, yaradıcılıq məharətləri və ünsiyyət bacarıqları, eləcə də təşəbbüslərinin təsir və miqyası nəzərə alınacaq.

Aksiyanın geniş əhatəli, inklüziv və əlçatan olmasını reallaşdırmaq üçün Lin­kedİn, İnstagram, TikTok və “X” sosial şəbəkələrindən istifadə olunacaq. Arzu edən hər kəs öz icmasında, şəhərində və ya şirkətində iqlim həlləri üzrə həyata keçir­dikləri təşəbbüslərin əvvəl və sonrakı mər­hələlərini əks etdirən fotoşəkilləri və ya videoları #COP29ImpactMakers həştəqi ilə bölüşərək layihələrinə necə başladıq­larını və hazırda necə davam etdirdiklərini paylaşacaq. 

Nigar Arpadarai vurğulayıb ki, iqlim dəyişmələri qlobal cavab tədbirləri tələb edən problemdir: “Bu, eyni zamanda, həm də gələcək nəsillər üçün ədalətli dünya yaratmaq və fəxr edə biləcəyimiz irs qoy­maq baxımından unikal fürsətdir. BMT-nin İqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu kimi bir çox insanların iqlim də­yişməsinin təsirlərinə qarşı ilhamlandırıcı hekayələrinin şahidi oluram, amma çox zaman bu hekayələr paylaşılmamış qalır. Ətraf mühitə müsbət təsir göstərən, fərq­lilik yaradan bu hekayələri bütün insanlara çatdırmaq istəyirəm. Çünki belə şəxslərin fəaliyyəti hər kəsi sağlam gələcək üçün qlobal fəaliyyətə ilhamlandıracaq".

İlk “Fərqlilik yaradanlar” sentyabrın 23-də ABŞ-ın Nyu-York şəhərində keçi­riləcək İqlim Həftəsində kampaniyanın rəsmi başlanğıcına həsr olunan tədbir za­manı seçiləcək və təqdim olunacaqlar.

Ekologiya