İqlim təşəbbüslərinin ortaq çağırışları

post-img

Asiya İnkişaf Bankının Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramının noyabrın 8-də CAREC Nazirlər Konfransında müzakirə ediləcək iqlimlə bağlı müştərək həllər noyabrın 11–22-də Bakıda keçiriləcək COP29-da təqdim olunacaq və bununla bağlı ümumi çağırışlar ediləcək.

Bu barədə CAREC-in İqlim Dəyiş­mələri üzrə işçi qrupun Bakıda keçirilən 3-cü görüşündə məlumat verilib. Bildiri­lib ki, işçi qrupun 3-cü görüşünün məqsə­di bu il noyabrın 8-də CAREC Nazirlər Konfransında təqdim olunacaq İqlim Də­yişikliyi üzrə Fəaliyyət Planı layihəsinə dair razılığa gəlmək və sənədin qəbuluna nail olmaqdır. Eyni zamanda, konfransda regional iqlim dəyişikliyinə uyğunlaşma və onun təsirlərinin azaldılması layihələ­rinin konseptuallaşdırılması təşəbbüsü irəli sürüləcək, biliklərin mübadiləsi apa­rılacaq. Bununla yanaşı, Fəaliyyət Planı CAREC-in təşəbbüslərini şaxələndirəcək, regional iqlimə uyğunlaşma və təsirlərin azaldılması layihələrinin hazırlanmasına, həyata keçirilməsinə dəstək verəcək, tərəf­daşlar arasında koordinasiyanı gücləndirə­cək.

Qeyd edək ki, ADB tərəfindən 1997-ci ildə təsis edilmiş CAREC Proqramının əsas məqsədi Mərkəzi Asiya, Cənubi Qafqaz və Cənubi Asiya ölkələri arasında iqtisadi əməkdaşlığın təşviqidir.

Ekologiya