Bakı konfransının maliyyə təminatı

post-img

COP29 Azərbaycan Əməliyyat Şirkətinin mətbuat xidmətinin məlumatında bildirilir ki, ölkəmizdə iqlim konfransının keçirilməsi üçün dövlət büdcəsində müvafiq ayırmalar təsdiq edilib. 

Həmin vəsaitlər hesabına dünyada ən irimiqyaslı və mötəbər tədbirlərdən biri olan beynəlxalq konfransın – COP29-un yüksək səviyyədə təşkili və zəruri infrast­rukturun qurulması üzrə işlərin görülməsi nəzərdə tutulub.

İqlim konfransına ayrılan dövlət vəsa­iti üzərində maliyyə nəzarətinin həyata ke­çirilməsi məqsədilə müvafiq dövlət orqan­ları ilə birlikdə ölkəmizin ali audit orqanı konfransın təşkili üzrə maliyyə idarəet­məsini, bağlanılan müvafiq müqavilələrin icrasının nəzərdə tutulan şərtlərə uyğun­laşdırılmasını diqqətdə saxlayır. Məqsəd müəyyən audit prinsiplərində vurğula­nan məqamlar nəzərə alınmaqla maliyyə pozuntuları baş verməzdən öncə onların qarşısının alınması, maliyyə nəzarətinin aparılmasında hesabatlılıq və şəffaflıqla yanaşı, tədbirin təşkili üçün ayrılmış və­saitin səmərəli istifadə edilməsi, eləcə də qənaət olunan məbləğlərin büdcəyə qayta­rılmasıdır.

COP29 Azərbaycan Əməliyyat Şirkə­tinin mətbuat xidmətinin məlumatında bil­dirilir ki, tədbir başa çatdıqdan sonra icra olunan bütün xərclərin auditi üzrə müvafiq qaydada həm beynəlxalq təşkilat, həm də Hesablama Palatası tərəfindən hesabatın və auditor rəyinin hazırlanması nəzərdə tutulur

Ekologiya