COP29 çərçivəsində liderlər sammiti keçiriləcək

post-img

COP29 çərçivəsində 12–13 noyabrda liderlər sammitinin təşkil olunması nəzərdə tutulub. Bu barədə ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rüstəm Həsənov Bakıda keçirilən beynəlxalq “Hüquq və iqlim” konfransında bildirib. Nazirlik sözçüsünün sözlərinə görə, COP tədbirləri zamanı müzakirələrin daha effektiv təşkil olunması üçün tematik deyilən günlərdən istifadə olunur. Bu il də 7 tematik günün müəyyən olunduğunu diqqətə çatdıran müşavir deyib ki, COP29 zamanı keçiriləcək bütün tədbirlər, məsləhətləşmələr və danışıqlar həmin günlərdə müvafiq qaydada qruplaşdırılacaq. 

R.Həsənov COP-un BMT-nin Baş As­sambleyasından sonra ən çox dövlət və hökumət başçısının qatıldığı tədbir oldu­ğunu və mahiyyət etibarilə bütün dünya ictimaiyyətinin diqqətini cəlb etdiyini vurğulayıb. COP29 sədrliyi tərəfindən 14 əsas təşəbbüsün irəli sürüldüyünü diqqətə çatdıran müşavir deyib ki, onların müəy­yən olunması zamanı dünya ictimaiyyəti­nin Azərbaycan gözləntiləri nəzərə alınıb və aktual problemlərə diqqətə yetirilib: “Builki COP-un əsas mövsuzu iqlim ma­liyyələşməsinin təmin olunmasıdır. Əgər bir mövzuda maliyyə varsa, iki tərəf for­malaşır: maliyyəni verən və qəbul edən tərəf. Həmin tərəflər fikir ayrılığında olsa­lar da onları adətən bir mövzu birləşdirir ki, bu da həmin proseslərin şəffaf olması­dır. İqlim maliyyəsi deyəndə onun şəffaf mexanizmlər əsasında tərəflər arasında bölünməsi və maliyyə resurslarının cəlb edilməsi nəzərdə tutulur. Bu, bizim COP sədrliyinin öndə gələn vəzifələrindən bi­ridir”. 

Şəffaflıq prinsipini artırmaq üçün “Bakı qlobal iqlim şəffaflığı platforması”nın təsis edildiyini bildirən R. Həsənov deyib ki, sənəd çərçivəsində kommersiya tərəfi olan ölkələr təşviq olunur ki, bundan da məqsəd bu il noyabrda keçiriləcək 29-cu sessiyaya kimi şəffaflıq hesabatlarının təqdim edil­məsinə nail olmaqdır: “Bununla bağlı bü­tün tərəflərlə danışıqlar aparılır. Ən əsası BMT Baş Assambleyasının Nyu-Yorkda keçiriləcək 79-cu sessiyasında da tərəfləri bir daha bu məsələyə diqqətlə yanaşmağa səsləyəcəyik”, – deyə o əlavə edib.

Ekologiya