Naxçıvanda “yaşıl” aksiya

post-img

Naxçıvan şəhəri ərazisində təmizliyə riayət olunmasını təbliğ etmək məqsədilə şəhər icra hakimiyyəti “Təmiz və abad şəhər” devizi altında kütləvi təmizlik aksiyası təşkil edib.

Naxçıvan şəhəri, Əliabad, Xətai məhəlləsi və digər qəbiristanlıqlarda həyata keçirilən təmizlik-abadlıq işlərində dövlət qurumlarının, bələdiyyələrin əməkdaşları fəal iştirak ediblər.

Naxçıvan Şəhər İcra Hakimiyyətindən XQ-yə bildirilib ki, ətraf mühit problemlərinin aradan qaldırılmasında normativ və institusional tədbirlərlə yanaşı, ictimai aksiya və maarifləndirmə fəaliyyəti də xüsusi əhəmiyyət kəsb edir. Buna görə də “Yaşıl dünya naminə həmrəylik ili”ndə şəhərdə belə iməciliklərin müntəzəm təşkili nəzərdə tutulub.

XQ

 

Ekologiya