“Azərbaycanın COP-da sədrliyi bizim üçün yaxşı nəticələr vəd edir”. BMT-nin baş katibinin köməkçisi, təşkilatın siyasət üzrə iş və proqram dəstəyi bürosunun direktoru Markos Neto qurumun İnkişaf Proqramının (UNDP) “X” hesabındakı paylaşımında Azərbaycanın COP29-da sədrliyindən yüksək nəticələr gözləndiyini diqqətə çatdırıb.
M.Neto daha sonra BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında iqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsi üçün yeni hədəflərin müəyyənləşdirilməsinin zəruriliyini vurğulayıb.
BMT rəsmisinin sözlərinə görə, sözlərinə görə, “yaşıl enerji”yə keçid məqsədilə trilyonlarla dollar vəsait lazımdır: “Bununla bağlı hədəflərimizə nail olmaq üçün noyabrda Bakıda keçiriləcək COP29 sammitində əsaslı maliyyələşmə sistemi razılaşdırılmalıdır. BMT-nin İnkişaf Proqramı bu yolda Azərbaycan hökumətini dəstəkləmək niyyətindədir. Bütövlükdə beynəlxalq ictimaiyyət nəzərdə tutulan hədəflərə çatmaq üçün bizə yardım etməlidir. Bu, son dərəcə vacib məqamdır. Hesab edirəm ki, Azərbaycanın COP29-a sədrliyi BMT üçün yaxşı nəticələr vəd edir”.
XQ