Qəzetimizin 4 iyul 2024-cü il tarixli sayında dərc olmunmuş “Sözümüz AYNA-yadır” sərlövhəli yazıda paytaxtın mərkəzi hissəsi ilə mikrorayonlar arasında işləyən 52 saylı abtobus marşrutunun yarıtmaz fəaliyyəti tənqid edilmişdi.
Yazı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində müzakirə edilmişdir. AYNA İdarə Heyətinin sədr müavini Heydər Rüstəmovun imzası ilə XQ-yə verilən cavabda bildirilir ki, 52 saylı avtobus marşrutunda müvəqqəti istismarçı “Xalİq Faiqoğlu” MMC-dir. Qəzetin çıxışından sonra marşrutda avtobusların sayı 2-dən 3-ə çatdırılıb, xəttə daha 1 avtobusun buraxılması nəzərdə tutulur. İstismarçı quruma marşrutun fəaliyyətini müasir sərnişindaşıma xidməti səviyyəsinə çatdırmaq, hərəkət cədvəlini tələbata uyğunlaşdırmaq tapşırılıb.
XQ