2030-cu ildə alternativ enerji 35 faizə çatacaq

post-img

Energetika nazirinin müavini Kamal Abbasov mediaya məlumatında  bildirib ki, 2030-cu ilə qədər bərpaolunan enerji mənbələrinin payını 30 faizə çatdırmaq hədəflənib: “Lakin enerji keçidinin hazırkı tempində bu pay ­2027-ci ilə qədər 32,6 faizə, 2030-cu ilə qədər isə 34,6  faizə çata bilər”.

Onun sözlərinə görə, hazırda Azərbaycan beynəlxalq enerji şirkətləri ilə daxili istehlak üçün gücü 10 gigavata qədər olan “yaşıl enerji” istehsalını, növbəti onillikdə isə iqtisadiyyatın dekarbonizasiyası və ixrac layihələrinin həyata keçirilməsi istiqamətində əməkdaşlığı nəzərdə tutur.  

K. Abbasov əlavə edib ki, Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında “Xəzər–Qara dəniz–Avropa Yaşıl Enerji Dəhlizi” layihəsi üzrə də işlər uğurla davam edir: “Bu istiqamətdə növbəti görüşün sentyabrda Buxarestdə keçirilməsi planlaşdırılır. Layihənin texniki-iqtisadi əsaslandırılmasının hazırlanması prosesini 2024-cü ilin sonunadək başa çatdırmaq nəzərdə tutulur. Düşünürük ki, baş ofisi Buxarestdə olacaq birgə müəssisə cari ilin sentyabrında yaradılacaq”.

XQ

 

Ekologiya