COP29 sammiti TDT-yə  perspektivli gələcək vəd edir

post-img

Bakıda keçiriləcək COP29 sammiti Türk Dövlətləri Təşkilatına (TDT)  ətraf mühitin davamlılığı və dayanıqlılığı istiqamətində mühüm töhfələr vermək üçün perspektivli imkanlar təqdim edir.

TDT  Baş katibi Kubanıçbek Ömüraliyev “The Astana Times”a müsahibəsində daha sonra deyib: “Ətraf mühitin davamlılığı və dayanıqlılığı təşkilatın gündəmində diqqətdə saxlanılacaq. Əsas prioritetlərdən biri də regionda ticarət və investisiyalar üçün yeni imkanlar yaratmaq məqsədilə müxtəlif təşəbbüslər vasitəsilə iqtisadi inteqrasiyanın və ticarət əlaqələrinin gücləndirilməsi olacaq”, – deyə K.Ömüraliyev əlavə edib.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib.  

 XQ

 

Ekologiya