“Azərbaycanın sədrliyi ilə keçiriləcək COP29-un örnək olması üçün öhdəlik götürmüşük”. Bunu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev COP29 Azərbaycan Sədrliyinin mətbuat konfransında deyib.
Nazir bildirib ki, COP29-da ticarət, enerji, rəqəmsallaşma təhsil, sağlamlıq, turizm, nəqliyyat, gender bərabərliyi kimi sahələr müzakirə olunacaq, ən yaxşı təcrübələr bölüşüləcək: “Biz bütün tərəfləri bir araya gətirməyə çalışırıq. “Heç kimi geridə qoyma” əsas prinsipimizdir. COP29-da iqlimlə bağlı əziyyət çəkən bütün icmaları diqqətdə saxlayacağıq. Dayanıqlı inkişaf və inklüziv nəticələr əldə etmək üçün səylərimizi əsirgəməyəcəyik”.
XQ