Karbohidrogenlər məhdudlaşdırılmalıdır

post-img

Karbohidrogenlər plastik məmulatların istehsalında rol oynasa da, bu istifadə məhdudlaşdırılmalıdır.

Bunu energetika nazirinin müavini, COP29-un baş icraçı direktoru Elnur Solta­nov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçi­və Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycan Sədrliyinin mətbuat konfransında deyib.

O bildirib ki, qlobal istiləşmə ilə bağ­lı 1,5 dərəcəni saxlamaq hədəflərdəndir: “1,5 dərəcə uyğunluğu ilə karbohidrogen­lərin enerji təhlükəsizliyi baxımından rol oynaması düşüncəsi arasında fərq qoy­malı olduğumuzu düşünürəm. BP-nin enerji ilə bağlı son proqnozunda da qeyd edilib ki, hətta 2050-ci il üçün nəzərdə tu­tulan xalis sıfır senarisində qlobal elektrik istehsalının 1 faizi kömürdən əldə edilə bilər. Bu konteksdə 1,5 dərəcə hədəfinə uyğunlaşmaq, həm də karbohidrogenlə­rin müəyyən rol oynaması mümkündür”.

XQ

Ekologiya