İtaliyanın “yaşıl hidrogen” layihələrimizə marağı artır

post-img

Azərbaycan “yaşıl hidrogen” istehsalı və nəqli sahəsində lazımi təcrübəyə və nou-hauya malik İtaliya şirkətləri ilə əməkdaşlıqda maraqlıdır.

İqtisadiyyat Nazirliyinin məlumatına görə, bu barədə nazir Mika­yıl Cabbarov və İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi naziri Cilberto Piketto-Fratini ilə görüşdə bildirilib, energetika sahəsində əməkdaşlığın müsbət nəticələri qeyd olunub. 

Vurğulanıb ki, enerji sahəsində əməkdaşlıq ölkələr arasında ikitərəfli iqtisadi əlaqələrin mühüm hərəkətverici qüvvəsidir. Cənub Qaz Dəhlizinin seqmentlərindən biri olan Trans-Adriatik Boru Kəməri­nin (TAP) həyata keçirilməsi əlaqələrimizdə mühüm tarixi mərhələdir.

Görüşdə Azərbaycan vasitəsilə Mərkəzi Asiya ölkələrindən Avro­paya “yaşıl enerji”nin ixracını nəzərdə tutan layihənin “yaşıl keçid”in dəstəklənməsində önəmi vurğulanıb.

Nazirlər, həmçinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Kon­vensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) prio­ritetləri, qlobal miqyasda faydaları və potensial tərəfdaşlıq imkanları­na dair fikirlərini bölüşüblər.

XQ

Ekologiya