BMT Baş katibinin COP29 gözləntisi

post-img

Birləşmiş Millətlər Təşkilatının Baş katibi bu il Bakıda keçiriləcək COP29-la bağlı gözləntisini açıqlayıb. Astana­da “ŞƏT plyus” formatında keçirilən görüşdə Antoniu Quterreş bildirib ki, bu il COP29 keçiriləcək, qlobal iqlim dəyişikliyinin qarşısını almaq üçün in­didən addımlar atılmalıdır.

İqlim dəyişikliyi ilə mübarizə üçün daha böyük vəsaitin ayrılmasının vacib­liyini vurğulayan qurum rəhbəri deyib ki, COP29 maliyyə məsələləri ilə bağlı aydın strategiyaya ehtiyac duyur. “İkinci məsələ süni intellektlə bağlıdır. Süni in­tellektlə bağlı risklərin azaldılması üçün texnologiya şirkətləri, vətəndaş cəmiyyəti institutları ilə birgə çalışmalıyıq. Bizə va­hid bazar, vahid internet kimi yanaşmalar lazımdır. Qlobal Rəqəmsal Razılaşma bi­zim üçün çox vacibdir”, – deyə o, əlavə edib.

Ekologiya