Hava Abşeronda yağmursuz, bölgələrdə yağıntılı və dumanlı olacaq

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən, yanvarın 30-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Lakin gecə və səhər bəzi yerlər­də qısamüddətli az yağıntılı olaca­ğı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Gecə 1-3°, gündüz 3-5° isti olacaq. Atmosfer təzyiqi nor­madan yüksək 775 mm civə sütunu olacaq, nisbi rütubət 70-80 faiz ola­caq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Axşam yağıntı­lar tədricən kəsiləcək. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxta­dan 3°-dək isti, gündüz 5-9° isti, dağ­larda gecə 5-10°, gündüz 0-5° şaxta olacaq. Gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlama eh­timalı var.

Q.QASIMOV
XQ

Ekologiya