Abşeronda yağmursuz keçəcək, bölgələrdə qar yağacaq

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən yanvarın 12-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Mülayim cənub küləyi əsəcək. Gecə 2-4°, gündüz 7-10° isti ola­caq.Atmosfer təzyiqi 759 mm civə sütunundan 750 mm civə sütunu­na enəcək, nisbi rütubət 55-65 faiz olacaq. Azərbaycanın rayonla­rında əsasən qərb rayonlarında arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi rayonlarda arabir duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-11° isti, dağlarda gecə 5-10°, gündüz 0-5° şaxta olacaq. 

Q. QASIMOV
XQ

Ekologiya