Bu gün yağış yox, duman olacaq

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən, dekabrın 21-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. 

Axşam bəzi yerlərdə zəif duman olacaq. Müla­yim cənub küləyi əsəcək. Gecə 4-7°, gündüz 9-14° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunun­dan 759 mm civə sütununa enəcək, nisbi rütubət gecə 65-75, gündüz 45-55 faiz olacaq. Azərbay­canın rayonlarında əsasən, yağmursuz keçəcək. Bəzi rayonlarda arabir duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 10-15° isti, dağlarda 5-10° şaxta, gündüz 2-7° isti olacaq.

Q.QASIMOV
XQ

Ekologiya