MMA döyüşçümüzün 10-cu qələbəsi

post-img

Azərbaycanın MMA (Qarışıq Döyüş Sənəti) döyüşçüsü Süleyman Süleymanov (70,3 kq) növbəti qələbəsini qazanıb. 

İdmançımız Tailandın paytaxtı Banqkokda təşkil olunmuş “ONE Friday Fight” yarışında rinqə çıxıb. “Lumpini” arenasında keçirilən gö­rüşdə təmsilçimiz qırğızıstanlı rəqibi Nursultan Toktorovu 2-ci raundda məğlub edib. Bununla da, o, peşəkar karyerası ərzində keçirdiyi 10-cu döyüşündə ardıcıl qələbə qazanıb.

Leyla SABİRQIZI 
XQ

İdman