Xalxalçay və çayın ətraf ərazilərində ekoloji monitorinq aparılıb

post-img

AMEA Şəki Regional Elmi Mərkəzinin Landşaftşünaslıq və Ekoloji coğrafiya şöbələri tərəfindən AMEA-nın 2021-2025-ci illər üzrə təsdiq edilmiş istiqamətləri əsasında Şəki-Zaqatala bölgəsinin selli dağ çayları hövzələrindəki ərazilərin ekoloji mühiti öyrənilir və müvafiq elmi tədqiqatlar aparılır.

Bu barədə  Şəki Regional Elmi Mərkəzinin Ekoloji coğrafiya şöbəsinin rəhbəri Yusif Rəhimov məlumat verib.

Bildirilib ki, 2023-ci ilin iş planına uyğun olaraq, Oğuz rayonundakı Muxas, Bucaq və Xalxal kəndləri ərazilərində növbəti ekoloji monitorinq aparılıb. Monitorinq zamanı ərazilərin torpaq və bitki örtüyü öyrənilib, eyni zamanda həmin ərazilərin turizm potensialının dəyərləndirilməsi istiqamətində tədqiqatlar aparılıb. 

Aparılan tədqiqatlar təbii və antropogen amillərin təsiri altında aktivləşən eroziya prosesləri nəticəsində aşınmaların qurşaqlar üzrə öyrənilməsi ilə regionda tez-tez təkrarlanan sel hadisələrinin proqnozlaşdırılması və onun qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlərin həyata keçirilməsi baxımından əhəmiyyətlidir.

XQ







Ekologiya