Bakıda güclü külək, bölgələrdə leysan

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən oktyabrın 17-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Lakin gündüz yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var.Gündüz güclü şimal-qərb küləyi əsəcək. Gecə 13-16°, gündüz 16-19° isti olacaq. Atmosfer təz­yiqi 755 mm civə sütunundan 766 mm civə sütununa yüksələ­cək, nisbi rütubət gecə 80-90, gündüz 60-70 faiz olacaq. Azər­baycanın rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gün­düz dağlıq ərazilərdən başlaya­raq bəzi yerlərdə fasilələrlə ya­ğış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli inten­siv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclü olacaq. Havanın tempera­turu gecə 9-14°, gündüz 19-24°, dağlarda gecə 0-4°, gündüz 5-10° isti olacaq.

Q. QASIMOV
XQ

Ekologiya