Aprelin 9-na olan hava proqozu

post-img

Aprelin 9-da

Bakıda və Abşeron yarımadasın­da dəyişkən buludlu olacağı, arabir tutula­cağı, əsasən yağmursuz keçəcəyi gözləni­lir. Mülayim şimal-qərb küləyi əsəcək. Gecə 8-11°, gündüz 16-20° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək, nisbi rütubət 65-75 faiz olacaq. 

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Qərb küləyi əsəcək. Gecə 7-12°, gündüz 19-24° isti olacaq. Xankəndi, Şuşa, Xocalı, Xo­cavənd, Ağdam, həmçinin Daşkəsən-Gə­dəbəy rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Gecə 3-8°, gündüz 11-16° isti olacaq. 

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbə­cər, Qubadlı, Laçın, Zəngilan rayonla­rında əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə arabir yağıntılı ola­cağı, dağlıq rayonlarda qar yağacağı ehti­malı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Gecə 2-7°, gündüz 10-15° isti olacaq. 

Qazax, Gəncə, Goranboy, Tərtər, Füzuli rayonlarında əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənə­cək. Gecə 6-10°, gündüz 17-22° isti olacaq. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Mingəçe­vir, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında əsasən yağ­mursuz keçəcək. Lakin bəzi şərq rayonla­rında yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə du­man olacaq. Qərb küləyi əsəcək, bəzi yer­lərdə arabir güclənəcək. Gecə 5-10°, gün­düz 15-20° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 6-10° isti olacaq. 

Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Sal­yan, Neftçala rayonlarında əsasən yağ­mursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehti­malı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənə­cək. Gecə 6-11°, gündüz 20-25° isti olacaq. 

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilər­də qısamüddətli yağış yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Şimal-şərq küləyi əsəcək. Gecə 8-11°, gündüz 17-22°, dağlarda gecə 6-8°, gündüz 13-17° isti ola­caq.

 

Ekologiya