ABŞ və İranın Hörmüz boğazının iki həftəlik açılması və atəşkəs barədə razılığa gəlməsindən sonra neftin qiyməti bir barel üçün 100 dollardan aşağı düşüb. Məlumatı “Euronews” verib.
Çərşənbə günü ABŞ və İranın Hörmüz boğazından gəmiçiliyin bərpasına imkan verəcək iki həftəlik atəşkəs barədə razılığa gəlməsindən sonra neft qiymətləri kəskin şəkildə aşağı düşdü və Asiya bazarları yüksəldi. Lakin treyderlər atəşkəsin qüvvədə olub-olmadığını gözləyərkən ehtiyatlı davranırlar.
Çərşənbə səhəri Brent markalı xam neftin qiyməti 92,99 dollar/barel təşkil edirdi ki, bu da fevralın sonlarında müharibənin başlanğıcındakı səviyyədən 28,30% çoxdur, lakin qiymətlərin bir barel üçün 110 dollara yüksəldiyi son həftələrin zirvələrindən xeyli aşağıdır.
P.ƏMİRCANOV
XQ

