ABŞ Venesueladakı səfirliyini yenidən açıb

post-img

Venesuelanın paytaxtı Karakasdakı ABŞ səfirliyi yeddi illik fasilədən sonra iki ölkə arasında diplomatik münasibətlərin bərpa olunması ilə yenidən açılıb. Milli medianın verdiyi məlumata görə, diplomatik münasibətlərin normallaşmasından sonra ABŞ-ın Karakasdakı səfirliyi yenidən açılıb.

Məlumatı “Anadolu” verib. 

ABŞ-ın Karakasdakı səfirliyi mətbuata açıqlamasında bildirib: “Biz Karakasdakı səfirliyimizi rəsmi olaraq yenidən açdıq və bu, Venesueladakı diplomatik mövcudluğumuzda yeni bir dövrün başlanğıcıdır”.

Bəyanatda vurğulanır ki, bu addım Venesuelada müvəqqəti hökumət, vətəndaş cəmiyyəti və özəl sektorla birbaşa dialoq imkanlarını gücləndirəcək.

Bu arada, Venesuela da Vaşinqtondakı səfirlik binasını da geri alıb.

P.ƏMİRCANOV
XQ

Dünya