İsrail Müdafiə Qüvvələri (İMQ) gecə saatlarında Beyrutda Hizbullah komandanlıq məntəqələrinə zərbələr endirib.
XQ xəbər verir ki, bu barədə İMQ mətbuat xidməti məlumat verib.
Bəyanatda deyilir: "İMQ bu yaxınlarda Beyrutda hücumlar həyata keçirərək Hizbullah terror təşkilatının bir neçə komandanlıq mərkəzinə bir sıra hücumlar həyata keçirib. Hücuma məruz qalan komandanlıq mərkəzləri arasında Hizbullah terror təşkilatının hava qüvvələri tərəfindən istifadə edilən bir obyekt də var idi".

