Tehranda hava müdafiə sistemləri sıradan çıxarılıb

post-img

İsrail Hərbi Hava Qüvvələri Tehrandakı “Mehrabad” hava limanının ərazisində yerləşən obyektlərə aviazərbələr endirib.

XQ xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti açıqlama yayıb.

Bildirilib ki, zərbələrin onuncu dalğası çərçivəsində İsrail qırıcıları hava limanının infrastrukturuna hücum həyata keçirib.

İsrail tərəfi iddia edir ki, əməliyyat zamanı İran hökumətinin istifadə etdiyi və İsrail aviasiyası üçün təhlükə hesab olunan hava hücumundan müdafiə və aşkarlama sistemləri sıradan çıxarılıb.

Dünya