Türkiyə-İran sərhədində insanların keçidi qarşılıqlı şəkildə dayandırılıb.
XQ xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyi məlumat yayıb.
Bildirilir ki, Türkiyə-İran sərhədində yerləşən Ağrı–Gürbulak, Van–Kapıköy və Hakkari–Esendere sərhəd buraxılış məntəqələrində hər hansısa bir fövqəladə vəziyyət mövcud deyil. Hər üç gömrük buraxılış məntəqəsi üzrə İran tərəfi ilə ticarət yüklərinin keçidi nəzarətli şəkildə davam edir.
Həmçinin, qeyd olunub ki, sözügedən məntəqələrdə gündəlik sərnişin keçidləri qarşılıqlı olaraq dayandırılıb: "İran öz vətəndaşlarının Türkiyə üzərindən ölkələrinə qayıtmasına icazə verir. Türkiyə isə öz vətəndaşlarının və üçüncü ölkə vətəndaşlarının İrandan ölkəyə girişinə icazə verməkdədir".
N.Adilqızı
XQ

