İranın Tehran, İsfahan, Kirmanşah, Qum, Kərəc şəhərlərində partlayış səsləri eşidilib

post-img

Bu gün səhər saatlarında İranın Tehran, İsfahan, Kirmanşah, Qum, Kərəc şəhərlərində partlayış səsləri eşidilib.

İranın “Fars” agentliyinin məlumatına görə, Tehranın “Cumhuriyyət” xiyabanına və “Səadətəbad” sarayı yaxınlığına bomba düşüb.

İran mətbuatı bildirir ki, bu şəhərlərdə strateji hərbi obyektlər yerləşir.

İsrailin müdafiə naziri İsrael Kaç “Channel 12” kanalında çıxış edərək, İrana qarşı zərbələr endirildiyini deyib.

“Tasnim” agentliyi isə bildirib ki, İsrailə qarşı raket zərbələri endirilir.

Dünya