Uitkioff: Rusiya və Ukrayna danışıqları davam etdirəcək

post-img

ABŞ-ın vasitəçiliyi ilə Cenevrədə Rusiya-Ukrayna münaqişəsi ilə bağlı keçirilən üçüncü danışıqlar zamanı tərəflər razılaşma üzərində işləməyə davam etmək barədə razılığa gəliblər. Bu barədə ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff X şirkətinin sosial media hesabında bildirib. 

O qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın göstərişi ilə “Ukrayna və Rusiya ilə üçtərəfli danışıqların üçüncü seriyasının moderatoru kimi çıxış edib”.

Uittkoff yazıb: “İsveçrə Konfederasiyasına qonaqpərvərliyinə və bugünkü görüşlərə evsahibliyi etdiyinə görə təşəkkür edirik. Prezident Trampın bu müharibənin hər iki tərəfini bir araya gətirməkdəki uğuru əhəmiyyətli irəliləyişlərə səbəb olub. Və biz bu dəhşətli münaqişədə qətllərin qarşısını almaq üçün onun rəhbərliyi altında çalışmaqdan qürur duyuruq. Hər iki tərəf liderlərinə məlumat vermək və razılaşmaya doğru işləməyə davam etmək barədə razılığa gəlib”. 

 

P.ƏMİRCANOV

XQ

 

Dünya