İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, hazırda ABŞ-la danışıqların bərpası üçün uyğun şərait yoxdur.
Mehr xəbər agentliyi Əraqçinin sözlərinə istinadən bildirir ki, “Mövcud vəziyyət ABŞ-ın siyasəti üzündən danışıqlar üçün əlverişli deyil”.
O, İranın heç vaxt ABŞ-la dialoqdan imtina etmədiyini, lakin bu dialoqun Ağ Evin hazırda axtarmadığı qarşılıqlı maraqlara hörmət nəzərə alınmaqla aparılmalı olduğunu vurğulayıb.
Bu arada, İran Ordusunun Baş Komandanı general-mayor Əmir Hatəmi bildirib ki, düşmənçilik ritorikasına və İranın daxili işlərinə müdaxilə cəhdlərinə baxmayaraq, İran ordusunun döyüş hazırlığı 2025-ci ilin iyun ayında olduğundan daha yüksəkdir. O, ordunun ölkəni müdafiə etmək üçün tam gücü ilə hərəkət edəcəyinə əminliyini bildirib.
O, həmçinin bildirib ki, İranda iqtisadi çətinliklərə etiraz edən nümayişçilər iğtişaşçılarla əməkdaşlıq etmir və ABŞ və İsrail təbliğatına uymayacaqlar.
P.ƏMİRCANOV
XQ

