Ağ Ev ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putinin görüşünün fotosunu yayaraq onu tarixi adlandırıb.
AZƏRTAC-ın məlumatına görə, Ağ Ev fotoya "tarixi" şərhini yazıb və onu X səhifəsində yerləşdirib.
Şəkildə Tramp və Putinin fəxri qarovul dəstəsi ilə birlikdə qırmızı xalçadan keçdiyi görünür.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton