Tramp Alyaska hava limanında Putini qarşılayıb

post-img

ABŞ Prezidenti Donald Tramp Alyaska ştatının Ankoriç şəhərində tarixi görüş üçün hava limanında rusiyalı həmkarı Vladimir Putini qarşılayıb.

AZƏRTAC-ın məlumatına görə, tərəflər hava limanında qırmızı xalçanın üzərində əl-ələ görüşüblər və ayaqüstü qısa söhbət ediblər. Qırmızı xalçada irəliləyərkən Tramp hər iki tərəfdə dayanmış fəxri qarovula hərbi salam verib. Daha sonra liderlər qarşısına “Alyaska 2025” yazılmış səhnəyə çıxaraq foto çəkdirib və ardınca avtomobillərə minərək hava limanını tərk ediblər.

Görüş zamanı hava limanı üzərindən F-35 qırıcıları və B-2 bombardmançısı uçuş edib.

Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton

Dünya