Daily Telegraph: Ukrayna Rusiya ilə münaqişəni həll etmək üçün bəzi ərazilərdən imtina edə bilər

post-img

Ukrayna münaqişənin həlli və NATO-ya üzvlük yolu üçün müəyyən ərazilərdən imtina edə bilər. Bu barədə Britaniyanın The Daily Telegraph qəzeti mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, Ukrayna prezidenti Vladimir Zelenski Avropa liderlərinə Donald Trampın hələ də Ukraynanın nəzarətində olan ərazilərdən imtina ilə bağlı təklif edəcəyi hər hansı sülh razılaşmasını rədd etmələri barədə xəbərdarlıq edib. Bununla belə, artıq Rusiyanın nəzarətində olan ərazilər müzakirə mövzusu ola bilər.

Qəzet qeyd edir ki, belə bir mövqe dəyişiklikləri cəbhə xəttinin dondurulması və Rusiyanın Luqansk, Donetsk, Zaporojye, Xerson və Krım üzərində faktiki nəzarətinin tanınması anlamına gəlir. Kiyevin bu mövqeyinin yumşalması Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında 15 avqustda Alyaskada keçirilməsi planlaşdırılan danışıqlar ərəfəsində baş verir.

Avqustun 9-da Donald Tramp Ukraynadakı münaqişənin həllini müzakirə etmək məqsədilə Vladimir Putinlə Alyaskada görüşməyə ümid etdiyini açıqlayıb. Kreml görüşün tarixi və yerini təsdiqləyib. CBS News-un məlumatına görə, Zelenskinin də müzakirələrə qoşulması mümkündür.

S.ELAY

XQ

Dünya