Tramp Ukrayna nizamlaması üçün verdiyi 50 günlük müddəti azalda bilər

post-img

ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsinin nizamlanmasına nail olmaq üçün Rusiyaya verdiyi 50 günlük müddəti qısaltmaq niyyətində olduğunu açıqlayıb. Onun çıxışı X sosial şəbəkəsində (keçmiş Twitter) dərc olunub. 

Məlumatı “İzvestiya.ru” verib. 

“Mən bu 50 günü ... daha kiçik bir rəqəmə endirəcəyəm”, - deyə o bildirib. 

Bundan əvvəl ABŞ dövlət katibi Marko Rubio bildirmişdi ki, Tramp Ukraynadakı münaqişənin həllində maraqlı olaraq qalır, lakin Rusiyanın hərəkətə keçməsini istəyir.

İyulun 14-də ABŞ prezidenti Ukraynadakı münaqişənin 50 gün ərzində həllinə nail olunmasa, Rusiyaya 100 faizlik ikinci rüsumlar tətbiq edəcəyini bildirmişdi. Tramp həmçinin əlavə edib ki, o, Ukrayna məsələsində “Rusiyanın mövqeyindən çox narazıdır”.

P.ƏMİRCANOV
XQ

Dünya