ABŞ Maliyyə Nazirliyinin nümayəndələri Türkiyədə səfərdədirlər

post-img

ABŞ maliyyə naziri köməkçisinin terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə üzrə müavini vəzifəsini icra edən Enn Morrisin rəhbərlik etdiyi nümayəndə heyəti Ankara və İstanbulda Türkiyə, İraq və Suriyanın hökumət rəsmiləri və maliyyə qurumları ilə görüşməyi planlaşdırır.

ABŞ-ın İstanbuldakı Baş Konsulluğu Morrisin başçılıq etdiyi Amerika nümayəndə heyətinin iyulun 20-də Türkiyəyə gəldiyini bildirib. Məlumatı “Anadolu” verib.  

Nümayəndə heyəti ABŞ Prezidenti Donald Trampın Suriyaya qarşı sanksiyaları ləğv etmək qərarına diqqət çəkəcək və Tramp administrasiyasının İrana maksimum təzyiq siyasətinə sadiq qalmağı təşviq etmək niyyətində olacaq.

Diplomatik missiya ABŞ Maliyyə Nazirliyinin Suriyanın yeni administrasiyasına maliyyə sektorunun çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə imkanlarını gücləndirməkdə yardım göstərməyə hazır olduğunu qeyd edib.

P.ƏMİRCANOV
XQ

Dünya