ABŞ Prezidenti Donald Tramp yaxın vaxtlarda Qəzza zolağından daha 10 məhbusun azad ediləcəyini bildirib. Məlumatı “Anadolu” yayıb.
Ağ Evdə respublikaçı senatorlarla görüşdən sonra jurnalistlərə açıqlama verən Tramp məhbusların çoxunun artıq geri qaytarıldığını bildirib: “Tezliklə daha 10 nəfəri azad edəcəyik və ümid edirik ki, bu, mümkün qədər tez baş verəcək”.
O, həmçinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoffun səylərini yüksək qiymətləndirib. “Stiv Uitkoff əla idi. O, əla iş gördü. O, yaxşı insan və bacarıqlı danışıq aparandır”, - deyə prezident əlavə edib.
P.ƏMİRCANOV
XQ