Barselonada son 100 ilin ən isti iyun ayı qeydə alınıb

post-img

İspaniyanın şərqindəki Barselona şəhərində son 100 ilin ən isti iyun ayı qeydə alınıb. Xəbəri “Anadolu” yayıb. 

Məlumata görə, İspaniya Meteorologiya İnstitutu (AEMET) Barselonanın 1914-cü ildə temperatur qeydlərinin başlanmasından bəri ən isti iyun ayını qeydə aldığını açıqlayıb.

Açıqlamada bu ilin iyun ayında orta temperaturun 26 dərəcəyə çatdığı, əvvəlki ən isti iyunun isə 2003-cü ildə 25,6 dərəcə olduğu bildirilib.

Ayın ən yüksək temperaturu iyunun 30-da qeydə alınıb - 37,9 dərəcə.

Avropanın bir çox şəhərləri istilərin təsiri altındadır. İtaliya, Almaniya, Belçika və Fransada həddindən artıq istilərə qarşı müxtəlif tədbirlər görülür.

P.ƏMİRCANOV
XQ

Dünya