İraq Nümayəndələr Palatasının sədri Mahmud Məşəhdani deyib ki, İraq və Türkiyə arasında əlaqələr gücləndirilməlidir: “İnkişafa aparan yol strateji layihədir. Bu mənada təhlükəsizlik sahəsində əməkdaşlıq çox daha vacib hala gəlib. İqtisadi əməkdaşlıq da buna töhfə verir”.
Maşahdani Türkiyə Böyük Millət Məclisində TBMM sədri Numan Kurtulmuş ilə görüşdən sonra təşkil edilən ortaq mətbuat konfransında danışıb.
İraqlı siyasətçi deyib ki, İslam ölkələri arasında birlik olduqda Qəzzaya və İrana hücum olmayacaq.
Qəzzanın aylardır qətliamlara şahidlik etdiyini və bu vəhşiliyə qarşı heç nə edə bilməyəcəklərini qeyd edən Məşahdani, “Düşmənlərin bizə hücum etməsinə səbəb birliyin olmamasıdır, - deyə bildirib.
Məşəhdani hesab edir ki, İslam ölkələri bir-biri ilə münasibətlərini gözdən keçirməlidir və Türkiyə İslam ölkələrinin birliyini təmin edə bilər: “Türkiyə bunu edə bilər, bu sıraları birləşdirə bilər. Ümid edirəm ki, Türkiyə Cümhuriyyəti bu məsələdə İslam dünyasındakı ixtilafları bir daha aradan qaldıracaq. Ortaq müdafiə qüvvələrinin yaradılması lazımdır. Türk qardaşlarımız həqiqətən bacarıqlı insanlardır, layihələri mümkün qədər tez və səmərəli şəkildə həyata keçirirlər”.
P.ƏMİRCANOV
XQ