Ərdoğan: NATO-nun Ankara sammitində mühüm qərarların qəbuluna çalışacağıq

post-img

Türkiyə 2026-cı ildə paytaxt Ankarada keçiriləcək NATO sammitində çox mühüm qərarların qəbul edilməsinə çalışacaq. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasının yekunlarına dair çıxışında deyib.

Məlumatı “Anadolu” verib. 

Dövlət başçısı qeyd edib ki, regionda baş verən son hadisələr ölkə hakimiyyətinin başlatdığı prosesin Türkiyədə terrorun kökünün kəsilməsinə yönəlmiş nə qədər düzgün və strateji addım olduğunu təsdiqləyib.

Prezident həmçinin vurğulayıb ki, “Türkiyə öz milli təhlükəsizliyinə qarşı istənilən təcavüzkar hərəkətə qəti cavab verməyə hazırdır”.

P.ƏMİRCANOV
XQ

Dünya