Səidə Mirziyoyeva Özbəkistan prezidenti Şavkat Mirziyoyevin aparatının rəhbəri təyin edilib. Bu, aparatın strukturunda dəyişikliklər edildikdən sonra baş verib.
Bu barədə iyunun 24-də respublika başçısının mətbuat katibinin Telegram-kanalında məlumat verilib. Xıbıru “İzvestiya.ru” yayıb.
“Özbəkistan Respublikası Prezidentinin sərəncamı ilə Səidə Şavkatovna Mirziyoyeva Özbəkistan Respublikası Prezidenti Administrasiyasının rəhbəri vəzifəsinə təyin edilib”, - nəşrdə deyilir.
Səidə Mirziyoyevanın 40 yaşı var, üç ali məktəb bitirib, iqtisadiyyat üzrə fəlsəfə doktorudur. O, bundan əvvəl Özbəkistan prezidentinin köməkçisi vəzifəsində çalışıb və xeyli uğur qazanıb.
P.ƏMİRCANOV
XQ